Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 34 nəfər ölüb.

BAKU.WS-in yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 21043 şübhəli koronavirus testindən keçib, onlardan 1035-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4431 nəfər ölüb, 159797 nəfər bu infeksiyaya yoluxub, 122793 nəfəri isə müalicə olunub, reanimasiyada ümumilikdə 723 xəstə var.

Bu gün 1286 xəstə evə buraxılıb.

Nazir “83 milyon əhalimizin əldə etdiyi uğurlu nəticələr davam etməlidir”, mesajını verib.

BAKU.WS