SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin keçmiş Baş Qərargah rəisi, general İsmail Hakkı Karadayı vəfat edib.

BAKU.WS Türkiyə KİV-nə istinadən xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən general bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

88 yaşında İ.H.Karadayı bir müddət əvvəl yüksək hərarət və infeksiya səbəbilə xəstəxanaya yerləşdirilmişdi. 

Xatırladaq ki, İsmail Hakkı Karadayı Türkiyənin 22-ci Baş Qərargah rəisi olub. O, 1994-cü ilin avqust ayından 1998-ci ilin eyni ayınadək bu vəzifəni icra edib.

General 2013-cü ildə 28 fevral çevrilişi ilə əlaqədar saxlanılmışdı, 2018-ci ildə isə məhkəmə qarşısına çıxarılan İ.H.Karadayıya ömürlük həbs cəzası verilmişdi. Lakin yaşı və səhhəti əsas göstərilərək sərbəst buraxılmışdı.

BAKU.WS