SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünya şöhrətli müğənni Cenifer Lopez gənc görünməyinin sirrini açıb.

BAKU.WS xəbər verir ki, amerikalı müğənni yerli mətbuata açıqlamasında yeməyinə diqqət yetirdiyini dilə gətirib.

50 yaşlı Lopez gənc qalmağın əsas səbəbini isə yumurta ağını içməkdə gördüyünü bildirib.

Müğənni deyib ki, hər səhər bir yumurta sındırır və onun ağını içir.

Bu həm onun dərisini təravətli saxlayır, həm də kökəlməsinin qarşısını alır.

Lopez həmçinin meyvə və tərəvəzlərdən çox istifadə etdiyini vurğulayıb.

Müğənni eyni zamanda qırmızı bibər və hinduşka ətini sevdiyini bildirib.

BAKU.WS
QALEREYA