VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada Orenburq vilayətinin Asekeyevski rayonunda bir din xadimi uşaqlara qarşı seksual xarakterli hərəkətlərdə şübhəli bilinərək tutulub.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, həmin şəxs iki ay müddətinə həbs olunub.

O, üç yetkinlik yaşına çatmayan şəxsə qarşı təcavüzdə ittiham edilir.

Təqsirləndirilən şəxs cinayəti etiraf etməyib və ifadə verməkdən imtina edib.

“O, yetkinlik yaşına çatmayanlara qarşı bir sıra seksual xarakterli hərəkətlər etməkdə ittiham olunur”, - deyə Rusiya Federasiyası İstintaq Komitəsinin Orenburq vilayəti üzrə rəhbərinin baş köməkçisi Anjelika Linkova bildirib.

BAKU.WS