SİZİN REKLAM BURADA!
055 213 76 73


Avropa İttifaqı koronavirus vaksinlərinin hazırlanmasının maliyyələşdirilməsi məqsədilə 1 milyard avro vəsait ayıracaq.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen beynəlxalq donor videokonfransında deyib.

Bundan başqa, Fransa Prezidenti Emmanuel Makron bu məqsədlə Fransanın 500 milyon avro ayıracağını vəd edib.

Videokonfrans zamanı Almaniyanın kansleri Angela Merkel vaksinin hazırlanmasının maliyyələşdirilməsi üçün 525 milyon avro, dünyada səhiyyə sisteminin möhkəmləndirilməsi üçün 1,3 milyard avro vəsait ayrılacağını bildirib.

BAKU.WS