VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanı cənginə alan koronavirusun ilk yaranma mənbəyi olan Çində hazırda vəziyyət yaxşılığa doğru cərəyan edir.

Hətta Çinin bəzi bölgələrində həyat adi axarına qayıdıb. Oxucularımızdan biri BAKU.WS-in “qaynar xətt”inə yazaraq bildirib ki, Çinin Yivu şəhərində hazırkı vəziyyət stabildir.

İnsanlar rahat şəkildə işlərilə məşğuldurlar, küçədə rahat hərəkət edirlər. Hətta çoxu artıq tibbi maskadan və qoruyucu vasitələrdən də istifadə etmir.

Qeyd edək ki, alimlər koronavirus “nCoV”la 2019-cu ilin sonunda tanış olublar. Dünya Səhiyyə Təşkilatı da “nCoV”la bağlı həyəcan təbili çalıb.

Bildirilir ki, koronavirusların 37-dən artıq növü var. Lakin yayılan “nCoV” həkimlərin ən çox qorxduğu virus ailəsindəndir.

Uhan şəhərində tapılan koronavirusla bağlı yeni araşdırma aparılıb.

Çində Zhejiang Universitetinin alimləri tərəfindən aparılan araşdırma zamanı virusun 30 fərqli növünün yarandığı məlum olub.

Alimlərin fikrincə, bu növlərdən bir neçəsi son dərəcə təhlükəlidir və onlar ölümə səbəb olur. Avropa və Zhejiang bölgəsində ölümlərə yol açan virusun məhz bu tiplərdən olduğu məlum olub.

Ən yüngün və insan üçün zərərsiz növləri isə ABŞ-ın Vaşinqton əyalətində yayılıb.

Alimlər virusun ötən il heyvanlardan insana keçməsindən sonra dəfələrlə mutasiyaya uğradığını bildiriblər. Mütəxəssislər həmçinin qeyd ediblər ki, virusun mutasiyaya uğraması orqanizmin immun sistemi ilə də əlaqəlidir.

Alimlərin daha bir araşdırması isə insanları bir az da ehtiyatlı olmağa vadar edir. Araşdırmalara görə, koronavirusun ən təhlükəli və ölümcül mutasiyası digər növlərə nisbətən 270 qat daha çox yayılır və çoxala bilir.

Çinli alimlərin bu araşdırmaları koronavirusun müalicəsi və peyvəndi üçün vacib bir tapıntıdır. Vaksinin virusun mutasiyasına görə istehsal edilməsi və ya xəstənin müalicə üsuluna uyğun təyin edilməsi lazım olduğu bildirildi.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO