SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanın Qeqarkunik bölgəsinin Qavar şəhərində baş verən silahlı insident zamanı iki nəfər xəstəxanada öldürülüb.

BAKU.WS xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Naməlum şəxslər polis əməkdaşlarının mühafizə etdiyi Qavar xəstəxanasına daxil olaraq palatada olan iki nəfərin boğazını bıçaqla kəsiblər.

Öldürülən iki nəfərlə basqın edən şəxslər arasında əvvəldən mübahisə olub. Məlum olub ki, baş verən silahlı qarşıdurma zamanı iki nəfər digər şəxsi öldürüb. Onların yaxınlarının intiqamı isə gecikməyib və yaralı şəxslər xəstəxanada olarkən öldürülüb.

BAKU.WS