SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) 2.4 kilometr enində "1998 ORR" adlı asteroidin bu gün planetimizə yaxın bir ərazidən keçəcəyini açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

NASA meteoritin Yer kürəsinə düşmə ehtimalının olmadığını bəyan edib. Meteorit planetimizdən 6.4 milyon kilometr aralıdan keçəcək və kosmosda yoluna davam edəcək.

Qeyd edək ki, Amerika Geofiziki Birliyinin iclasında NASA-nın əməkdaşı Dr Cozef Nut bildirib ki, planetimiz meteorit hücumlarına hazır deyil. Bu təhlükə hər an var və buna hazır olmaq lazımdır.

BAKU.WS