SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 92 nəfər ölüb.

BAKU.WS-in xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 29 230 şübhəli koronavirus testindən keçib, onlardan 2392-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 2992 nəfər ölüb, 114 653 nəfər bu infeksiyaya yoluxub, 38 809 nəfəri isə müalicə olunub. Bu gün 5018 nəfər evə buraxılıb.

Nazir "Twitter" səhifəsində, həmçinin yazıb ki, koronavirus infeksiyasına yoluxma sayı azalmaqda davam edir.

BAKU.WS