VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkmənistanın paytaxtı Aşqabadda dövlət idarələrində çalışan əməkdaşların görünüşünə dair tələblər yenidən sərtləşdirilib.

BAKU.WS xəbər verir ki, bu barədə "Azadlıq Radiosu" məlumat yayıb.

Büdcə işçilərinə, o cümlədən müəllimlərə saçları ağartmaq, saxta kirpiklər taxmaq, qaş döymələri, manikür və pedikür etmək qadağan olunub.

Qeyd edək ki, oxşar məhdudiyyətlər iki il əvvəl də tətbiq olunmuş, ancaq sonradan ləğv edilmişdi.

Hazırda milli naxışlarla bəzədilmiş geniş yaxalar da qadağa ilə üzləşib. Dövlət işçilərindən yığcam, sadə və təvazökar yaxalar taxmaq tələb olunur. Aşqabad məktəbləri yeni qaydaların elan edilməsi üçün yığıncaqlar keçirib.

Fevral ayında Türkmənistanın bölgələrindən birinində dövlət qurumlarında 40 yaşdan yuxarı kişilərə saçlarını qara rəngə boyamaq qadağan olunub. Dövlət qurumlarının rəhbərləri bu tədbiri Prezident Qurbanqulu Berdiməhəmmədovun "boz saçları" ilə izah ediblər.

BAKU.WS