SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili aprelin 26-da "Ukrayna 24" kanalının efirində bildirib ki, malik olduğu statusa görə Ukraynada Prezident Aparatı rəhbərinin müavini ola bilməz.

BAKU.WS xəbər verir ki, proqramda bu təklifi "Xalqın Xidmətçisi" partiyasından olan deputat İrina Vereşuk səsləndirib.

O, Saakaşvilinin Prezident Aparatına təyin olunmasının ilkin mərhələdə daha real olduğunu deyib və Ali Radada onun baş nazir müavini təyin edilməsi üçün kifayət qədər səs toplaya bilməyəcəyinə ehtimal verib.

Sabiq prezidentin ona cavabı isə belə olub: "Hər şeydən öncə mən Mixail Saakaşviliyəm. Prezident Aparatının rəhbərinin müavini ola bilmərəm. Mən vəzifə axtarmıram. Mən bu vəzifədə ola bilmərəm. Təklif üçün təşəkkür edirəm, amma bu mövqeni yeri gəlmişkən, mənə təklif etməyiblər".

Aprelin 22-də məlum olub ki, Prezident Vladimir Zelenski Saakaşviliyə islahatlar üzrə baş nazirin müavini vəzifəsini tutmağı təklif edib. O, hesab edir ki, Saakaşvili Ukrayna hökumətini dəstəkləmək potensialına malikdir.

Ukrayna Ali Radası 28-29 apreldə Saakaşvilinin təyin olunmasına baxa bilər, ancaq onun təyinatı üçün hələlik səsvermənin keçirilməsi nəzərdə tutulmayıb.

BAKU.WS