SİZİN REKLAM BURADA!
055 213 76 73


"Əl-Qaidə" terror təşkilatının keçmiş lideri Üsamə bin Laden Barak Obama ABŞ prezidenti olarkən ona qarşı sui-qəsd planı hazırlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Fox News" gizli sənədlərə istinadən yazıb.

Məqalədə qeyd olunur ki, Barak Obama xarici ölkələrə səfər edərkən onun təyyarəsinin vurulması planlaşdırılıbmış. Terrorçu bu şəkildə prezident postunun buna hazır olmayan Co Baydenə həvalə olunacağına və nəticənin ABŞ-ı böhrana aparacağına ümid edirmiş.

Bin Ladenin Obamanı öldürmək planı 2011-ci ilin mayında Pakistandakı sığınacağından götürülən sənədlərdə öz əksini tapıb. Həmin ildə terrorbaşı keçirilən xüsusi əməliyyat zamanı zərərsizləşdirilmişdi.

BAKU.WS