VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın bütün əyalətlərində tibbi maska taxmaq məcburi hala gəlib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, aprelin 27-dən başlayaraq hər kəs alış-verişdə və ictimai nəqliyyat vasitələrində maska taxmalıdır.

Eyni zamanda maska ilə yanaşı, şərf, yaylıq kimi vasitələrdən də istifadə etmək olar.

Qeyd edək ki, Almaniyada koronavirusa yoluxma hallarının sayı 148 000-i ötüb. Pandemiya qurbanlarının sayı isə 5 117-dir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 585 000-i ötüb. Bunların 705 718 nəfəri sağalıb, 179 854 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKU.WS