VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyadakı xəstəxana və meyitxanalarda cəsədi axtarılan Moskva vilayətinin mədəniyyət nazirinin müavini Leonid Oşarin kirayə götürdüyü mənzilin hamamında ölü tapılıb. 

BAKU.WS xəbər verir ki, bu barədə "lenta.ru" portalı yazıb. 

Rusiyalı məmurun cəsədi aşkar olunarkən onun üzərində zorakılıq əlamətləri müəyyən edilməyib. 

Sonuncu dəfə Oşarin martın sonunda Krasnodar vilayətinə yollanıb. Bir müddət orada qalandan sonra taksi ilə Yalta şəhərinə gedib.

Bir aydan çox müddət keçməsinə baxmayaraq Leonid Oşarinin yerini müəyyən etmək mümkün olmamışdı.

BAKU.WS