SİZİN REKLAM BURADA!
055 213 76 73


23-26 aprel tarixlərində Türkiyənin 30 böyük şəhərində küçəyə çıxmaq qadağan olunacaq.

BAKU.WS-in məlumatına  görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda 4-cü videokonfrans vasitəsilə nazirlərlə görüşündən sonra deyib.

Ərdoğan deyib ki, koronavirusla mübarizə tədbirləri çərçivəsində Türkiyədə 23 aprel Milli suverenlik uşaq bayramı da daxil 4 gün küçəyə çıxılmayacaq, komendant saatı 22 aprel gecə saat 00:00-dan başlanıb, 26 aprel gecə saat 00:00-dək davam edəcək.

Prezident deyib ki, özəlliklə sağlıq baxımından Türkiyədə N-95, N-99 maskaları təcrübədən keçirilib və ölkədə nanotexnologiyalar vasitəsilə yenidən istehsalına start verilib.

Prezident, həmçinin bildirib ki, yerli türk firmaları yeni növ koronavirusa yoluxanların müalicəsində istifadə olunan dərmanların istehsalına başlayıb.

BAKU.WS