VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 87 nəfər ölüb.

BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 24 900 şübhəli koronavirus testindən keçib, onlardan 4117-nin cavabı pozitiv çıxıb.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 812 nəfər ölüb, 38 226 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1492 nəfəri reanimasiyadadır, 1846 nəfərin isə müalicəsi müsbət nəticə verib. Bu gün müalicə olunan 264 xəstə evə buraxılıb.

Nazir, həmçinin qeyd edib ki, Türkiyədə indiyə qədər 247 768 nəfər testdən keçib.

BAKU.WS