SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyada hökumət koronavirus səbəbindən evdən çıxa bilməyən vətəndaşlar üçün yeni layihəyə start verir.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, layihə çərçivəsində Rusiyada 1 apreldən etibarən evlər pulsuz internetlə təmin ediləcək.

Daha öncə 1 iyulda başlanılacağı elan edilən layihə koronavirusa görə 1 apreldə başlayacaq.

Pulsuz internetdə isə məhdudiyyətlər olacaq. Belə ki, sovet və rus kinolarına baxmaq və sosial qurumların internet saytlarında əməliyyatlar aparmaq mümkün olacaq.

BAKU.WS