SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyada yayılan koronavirus bir çox peşə sahibləri kimi model, müğənni, aktrisa və şou-biznes nümayəndələrindən də yan keçməyib.

BAKU.WS xəbər verir ki, bəzi şou-biznes nümayəndələri karantinə alınıb.

Karantina alınanlar arasında supermodel Bella Hadid, fotomodel Ana Çeri, model və aktrisa Emili Ratakovsk, müğənni və aktrisa Ledi Qaqa və məşhur model Demi Rouz da var.

Amerikalı müğənni Ledi Qaqa bu barədə sosial şəbəkədə paylaşım edərək izləyicilərinə də özünü təcrid etməyi məsləhət görüb.

Virusla bağlı həkimlər və alimlərdən məsləhət alan Qaqa hər kəsə karantində qalmağı, infeksiyanın ilk simptomlarını gözləməməyi tövsiyə edib.

“Instagram” hesabında 13.6 milyon izləyicisi olan Demi Rouzun karantin fotosu da rekord sayda bəyənilib.

BAKU.WS
QALEREYA