SİZİN REKLAM BURADA!
055 213 76 73


Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada 2 ədəd ballistik raket atılıb.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, hücum Yəmənin husi döyüşçüləri tərəfindən edilib.

Məlumata görə, raketlər hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilib.

Qeyd edək ki, 2015-ci ildən etibarən S.Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri Yəmənə hücumu davam etdirir. Buna cavab olaraq husilər ara-sıra S.Ərəbistanındakı strateji hədəflərə hücumlar edir.

BAKU.WS