SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirus pandemiyasının mənbəyi olan Çinin Hubey əyaləti normal həyata qayıdır.

BAKU.WS xəbər verir ki, Çin hökuməti artıq martın 25-dən etibarən Hubey əyalətinə səyahət məhdudiyyətini aradan qaldıracağını açıqlayıb.

Qeyd edək ki, qadağa təkcə Uhan şəhərinə aid olacaq.

Digər şəhərlərin sağlam sakinləri sərbəst hərəkət edəcək və iş yerlərinə qayıda biləcək.

Rəsmi məlumata görə, Uhan şəhəri ilə bağlı səyahət qadağası isə aprelin 8-dək qüvvədə qalacaq.

BAKU.WS
VİDEO