VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın baş naziri Giorgi Qaxaria ölkə əhalisini ciddi zərurət halları istisna olmaqla evdən çıxmamağa çağırıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu çağırışla o, xüsusi brifinqdə çıxış edib.

Hökumət başçısının sözlərinə görə, 70-dən yuxarı yaşı olan şəxslərin evdə qalması xüsusən vacibdir: “Gürcüstan Poçtu vətəndaşlara bütün lazımi xidmətləri göstərəcək”.

G.Qaxaria ölkə sakinlərinə cansağlığı arzulayıb və qeyd edib ki, qlobal çağırışa tərəfdaş və dost ölkələrlə birgə cavab veriləcək.

BAKU.WS