SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanın hökumət Administrasiyası koronavirusun mümkün yayılmasının qarşısını almaq məqsədilə jurnalistlərlə yeni iş rejiminə keçib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin mətbuat katibi İrakli Çikovani bildirib.

O deyib ki, bundan sonra jurnalistlər administrasiya binasında təşkil olunan mətbuat kornfransları və brifinqlərə buraxılmayacaqlar.

İ.Çikovani qeyd edib ki, Gürcüstanın Birinci kanalı mətbuat konfransı və brifinqləri canlı yayımlayacaq.

Qeyd edək ki, qonşu ölkədə koronavirusa 38 yoluxma halı təsdiqlənib. Karantində 1 261, stasionar nəzarətdə isə 216 nəfər saxlanılır.

BAKU.WS