VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın Bərabərlik naziri İrene Montere koronavirusa (COVID-19) yoluxub.

BAKU.WS-in xarici mediaya istinadən verdiyi xəbərə görə, 32 yaşlı xanım nazir bu barədə özü sosial şəbəkədə açıqlama verib.

"Dünən özümdə koronavirus simptomları gördüm. COVID-19 testindən keçdim. Pozitiv çıxdı. Mən gedirəm. Evdə qalacağam. Evdə ailəmlə birlikdə olacağam və işimi evdən inkişaf etdirəcəyəm. Narahat olmayın, artıq müalicəyə başlamışam".

İspaniya hökumətinin yaydığı məlumata görə, Baş Nazirin müavini Pablo İqlesias isə karantinə alınıb.

İspaniyanın Nazirlər Kabinetinin bu gün keçiriləcək iclasına yalnız COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin təsdiqlənməsində iştirakı tələb olunan nazirlər qatılacaq. 

Ölkənin Baş Naziri bütün digər görüşlərini video konfrans vasitəsilə keçirəcək.

BAKU.WS