SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası Dövlət Dumasına erkən seçkilərə ehtiyac görməyib.

BAKU.WS xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Buna qədər LDPR lideri Vladimir Jirinovski Əsas Qanuna düzəlişlər qəbul edildikdən sonra növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif etmişdi.

Rusiya prezidenti həmçinin konstitusiyadan bir nəfərin 2 dəfədən artıq prezident seçilməsi ilə bağlı qadağanın götürülməsini məqsədəuyğun hesab etməyib. 

O vurğulayıb ki, "uzunmüddətli perspektivdə" cəmiyyətin mütəmmadi hakimiyyət dəyişikliyinə zəmanəti olmalıdır.

Qeyd edək ki, çərşənbə axşamı günü "Vahid Rusiya" partiyasından millət vəkili Valentina Tereşkova konstitusiya dəyişiklikləri qəbul edildikdən sonra prezidentlik müddətinin məhdudlaşdırılmasını ləğv etməyə çağırmışdı.


BAKU.WS