SİZİN REKLAM BURADA!
055 213 76 73


Çexiyada koronavirusla bağlı bütün məktəblər və universitetlər bağlanıb.

BAKU.WS xarici KİV-ə istinadla xəbər verir ki, yeni qərara əsasən, martın 11-dən ölkədəki bütün tədris ocaqlarında təhsil qeyri-müəyyən müddətə qədər dayandırılır.

Bununla yanaşı, insanların toplu şəkildə iştirak edəcəyi kütləvi tədbirlərin qadağan olunacağı gözlənilir. Ölkə üzrə bütün qurumlar gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

Xatırladaq ki, bu günə kimi Çexiyada 40 nəfərin yeni tip koronavirusa yoluxduğu təsdiq olunub.

BAKU.WS