VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Çorum bölgəsində Mutlu Yılmaz adlı bir fermer əkin sahəsində meteorit tapıb. 

BAKU.WS Türkiyə KİV-nə istinadla xəbər verir ki, daşı gizlətmək üçün bankda icarəyə seyf götürən fermer daha sonra nümayiş olunması üçün muzeyə verib.

Muzeydən qiymətli daşı geri götürən Yılmaz indi müştəri axtarışındadır. Fermer Rusiyadan bir nəfərin təklif etdiyi 68 min dollardan imtina edib.

Mutlu Yılmaz meteoriti noxud əkərkən tapdığını bildirib. Daş üçün gələn təkliflərin az olduğunu deyən fermer meteoriti 100 min dollar civarında satmağı planlaşdırır.

BAKU.WS
VİDEO