SİZİN REKLAM BURADA!
055 213 76 73


İran koronavirusla mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) ilk tibbi yardımı alıb.

BAKU.WS-in APA-ya istinadla verdiyi xəbərə görə, yerli “Tasnim” agentliyi məlumat yayıb ki, tibbi yardım Dubaydan Tehrana hərbi təyyarə ilə gətirilib.

Koronavirusla mübarizə üçün gətirilən yardım əsasən 100 min nəfər üçün nəzərdə tutulan 8 ton dərman, diaqnostik cihazlar, tibbi və laborator avadanlıqlardan ibarət olub.

Bundan başqa ÜST İrana həkimlər, laboratoriya ekspertləri və epidemioloqların daxil olduğu altı tibbi heyət göndərib.

Son məlumata görə, İranda yeni koronavirusa (COVID-19) yoluxanların sayı 2336-ya, bu virusdan ölənlərin sayı isə 77-yə çatıb.

BAKU.WS