VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər keçən gün daha da geniş yayılan koronavirusun qlobal iqtisadiyyata vurduğu ziyan da artır.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, proqnozlara görə, kütləvi epidemiyanın vurduğu ziyan 1,1 trilyon dolları keçəcək.

Ümumilikdə 5 milyona yaxın şirkətin fəaliyyətinin risk altında olduğu bildirilir.

Son məlumatlara görə, Çin birjaları virus yayılandan bu günə qədər 122 milyard dollar itirib.

Çinin dünyanın ən böyük neft idxalatçısı olması səbəbindən koronavirus neft qiymətlərinə də təsirsiz ötüşməyib. Hazırda  neft qiymətləri də kəskin şəkildə ucuzlaşıb və 50 dollardan da aşağı enib.

Virusa görə qlobal səviyyədə bir sıra idman turnirləri, festivallar, konfranslar və müxtəlif kütləvi tədbirlər də ləğv edilib. Bundan başqa, müqəddəs məkanlara edilən ziyarətlər də azalıb. Bu isə ölkələrin turizm sektorlarına da ciddi ziyan vurmağa davam edir.

Fərid ƏDALƏT
BAKU.WS