SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Silahlı Qüvvələri 33 hərbçinin ölümünə cavab olaraq dünən gecə saatlarında da Suriya ərazisinə hava hücumları təşkil edib.

BAKU.WS xəbər verir ki, Suriya ordusuna məxsus mövqelər, hərbi qərargahlar və texnikalar pilotsuz təyyarələr və "F-16" qırıcıları vasitəsilə atəşə tutulub.

Qeyd edək ki, Türkiyə ordusunun hava hücumu nəticəsində 5 helikopter, 23 tank, 23 top, bir SA-17, bir SA-22 hava hücumundan müdafiə sistemi, 3 döyüş anbarı, 2 ərzaq anbarı və 1 qərargah binası sıradan çıxarılıb.

Türkiyə mediası yazır ki, hava hücumları zamanı Suriya ordusunun 3 yüksəkrütbəli ordu rəsmisi də ölüb. Bunlar general Burhan Rahmun, briqada generalı İsmayıl Əli və polkovnik Mazən Fərvatidir.

BAKU.WS
VİDEO