SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

BAKU.WS-in verdiyi xəbərə görə, görüşdə ikitərəfli məsələlərlə yanaşı, İdlibdə baş verən son hadisələr, regional məsələlər müzakirə olunub.

Görüşlə bağlı Ağ Evdən verilən açıqlamada Trampın türk əsgərlərinə olan hücumu qınadığı bildirilib. Trampın Suriyanın şimal-qərbindəki qarşıdurmaların azaldılması və insan fəlakətinin qarşısının alınması üçün Türkiyənin göstərdiyi səyləri dəstəklədiyi qeyd edilib.

BAKU.WS