SİZİN REKLAM BURADA!
055 213 76 73


Monqolustan Prezidenti Xaltmaagin Battulqa koronavirus infeksiyasının (COVID-19) başladığı Çinə səfərdən sonra karantinə alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Dövlət başçısı, onu müşayiət edən nümayəndə heyətinin bütün üzvləri ilə birlikdə, o cümlədən Xarici İşlər Nazirliyinin başçısı Damdin Tsoqtbaatarla 14 gün həkim nəzarətində olacaqlar.

Bütün bu müddəti prezident və nazir Bayanzurkh şəhərindəki xəstəxanada keçirəcəklər. Digər dövlət rəsmiləri isə Jargalantdakı sanatoriyaya yerləşdiriliblər.

Monqolustan Prezidenti fevralın 27-nə keçən gecə Çinə etdiyi səfərdən qayıdıb. Xaltmaagin Battulqa səfər zamanı çinli həmkarı Si Tszinpin ilə görüşüb, həmçinin Çinə koronavirusla mübarizəyə dəstək olaraq 30 min qoyun hədiyyə təqdim edib.

BAKU.WS