SİZİN REKLAM BURADA!
055 213 76 73


Roma Papası Fransisk xəstələnib.

BAKU.WS xəbər verir ki, bu səbəbdən onun bu günə nəzərdə tutulan dini mərasim və görüşləri təxirə salınıb.

Fransiskin hansı xəstəlikdən əziyyət çəkdiyi isə açıqlanmayıb.

Xatırladaq ki, onun Kül Çərşənbəsi mərasimində öskürdüyü və burnunu sildiyi görünmüşdü.

Qeyd edək ki, İtaliyada son günlər koronavirusa yoluxanların sayı artıb. Artıq ölkədə 528 nəfər bu xəstəliyə yoluxub, 14 nəfər ölüb.

BAKU.WS
VİDEO