VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda yeni koronavirusdan (COVİD-19) ölənlərin sayı artıb.

BAKU.WS xəbər verir ki, bu barədə İRNA məlumat yayıb. Bu günə olan məlumata görə, koronavirusdan ölənlərin sayı 22 nəfərə çatıb.

Bundan əlavə virusa yoluxanların sayı 141 nəfərə çatıb.

İranada koronavirus 20 vilayətdə yayılıb. Ən təhlükəli vəziyyət isə Qum şəhərindədir. Bu günə kimi 56 nəfər bu virusdan sağalıb.

Qeyd edək ki, alimlər koronavirus “nCoV”-la 2019-cu ilin sonunda tanış olublar.
Dünya Səhiyyə Təşkilatı da “nCoV”-la bağlı həyəcan təbili çalıb.

Bildirilir ki, koronavirusların 37-dən artıq növü var. Lakin yayılan “nCoV” həkimlərin ən çox qorxduğu virus ailəsindəndir.

BAKU.WS