VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində yaranan və sürətlə dünyaya yayılan koronavirus epidemiyası bu günə kimi 2804 insanın həyatına son qoyub.

BAKU.WS xəbər verir ki, dəhşətli virusdan ölənlərin böyük hissəsi Çində qeydə alınıb.

Son məlumata görə, Çin ərazisində 78 mindən çox insanın yoluxduğu koronavirus 2641 insanın həyatına son qoyub.

Çinlə bərabər digər ölkələrdə də həm yoluxma, həm də həyatını itirmə halları qeydə alınıb. Çindən sonra koronavirusa yoluxma halı ən çox Cənubi Koreya (1595) və İtaliyada (453) baş verib.

Ölüm nisbətinə görə İran bu iki ölkəni geridə qoyub. İranda epidemiya 22, Cənubi Koreyada 13, İtaliyada isə 12 nəfərin həyatına son qoyub.

Yeni tip koronavirusa (COVID-2019) yoluxma İtaliyada bir çox çətinliklər yaradıb. Milan şəhərindən lentə alınan görüntülərdə yerli supermarketlərdən birində ərzaq qıtlığı müşahidə edilməsi öz əksini tapıb.

BAKU.WS
VİDEO