SİZİN REKLAM BURADA!
055 213 76 73


Daha bir Avropa ölkəsində yeni tip koronavirusa (COVID-2019) yoluxma halı qeydə alınıb. 

BAKU.WS xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Son məlumata görə, dəhşətli virusa Yunanıstan ərazisində də rast gəlinib. 

Qeyd edək ki, bu günə kimi Çindən başqa, Cənubi Koreya, Yaponiya, İtaliya, İran, Sinqapur, ABŞ, Tailand, Avstraliya, Bəhreyn, Malayziya, Almaniya, Vyetnam, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Küveyt, Kanada, İspaniya, İsrail, İraq, Oman, Hindistan, Filippin, Rusiya, Avstriya, Belçika, Əfqanıstan, İsveç, Kamboca, Braziliya, Xorvatiya, Əlcəzair, Nepal, Livan, Misir, İsveçrə, Finlandiya və Şri-Lankada 2 min 800-dən çox yoluxma, 45 ölüm faktı qeydə alınıb.

BAKU.WS