SİZİN REKLAM BURADA!
055 213 76 73


İranın Silahlı Qüvvələri yeni növ koronavirusla mübarizəyə qoşulacaq.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bunu İranın prezidenti Həsən Ruhani deyib.

H.Ruhani bildirib: "Bütün dövlət orqanları, Silahlı Qüvvələr, ictimai təşkilatlar insanların sağlamlığı üçün lazımi tədbirləri görəcəklər. Biz minimal itki ilə və ən qısa müddətdə xəstəliyi nəzarət altına almaq istəyirik".

Qeyd edək ki, İranda koronavirusa yoluxanların sayı 43 nəfərə çatıb. Virus nəticəsində 8 nəfər dünyasını dəyişib. İslam Respublikasında yeni növ koronavirusun yayılması səbəbi ilə Türkiyə, Əfqanıstan, Pakistan və Gürcüstan da daxil olmaqla bir sıra ölkələr İranla sərhədini bağlayıb, uçuşları dayandırıb.

BAKU.WS