SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna və Rusiya arasında aprel ayına qədər 200-ə yaxın əsirin dəyişdirilməsi planlaşdırılır.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər naziri Vadim Pristayko məlumat verib.

Onun sözlərinə görə, əsir dəyişdirilməsi “Hər kəsə qarşı hər kəs” prinsipi ilə həyata keçiriləcək.

Pristaykonun bildirdiyinə görə, proses apreldə keçiriləcək, Normandiya formatındakı görüşə qədər yekunlaşacaq.

Qeyd edək ki, əsirlərin dəyişdirilməsi barədə Ukrayna və Rusiya prezidentləri arasında razılıq ötən ilin 9 dekabrında baş tutmuş “Normandiya dördlüsü”nün görüşündə əldə edilmişdi.

Fərid ƏDALƏT
BAKU.WS