SİZİN REKLAM BURADA!
055 213 76 73


Qazaxıstan “Sibirin gücü-2” qaz kəmərinin ölkə ərazisindən keçməsi imkanını dəyərləndirməyi Rusiyaya təklif edib. Təklif Qazaxıstanın Energetika naziri Nurlan Noqayev Rusiyanın Energetika naziri Aleksandr Novak ilə görüşdə səsləndirilib.

BAKU.WS xəbər verir ki, tərəflər Rusiya-Qazaxıstan enerji əməkdaşlığının konstruktiv xarakter daşıdığını, həmçinin neftin və qazın nəqli sahəsində iki ölkənin qarşılıqlı faydalı tərəfdaşlığını qeyd ediblər.

Dəyəri trilyon rubldan çox olan qaz kəmərinin reallaşması ilə dünya bazarında qüvvələr nisbətinin dəyişəcəyi proqnozlaşdırılır.
“Sibirin gücü” qaz kəmərinin birinci hissəsinin tikintisinə 2014-cü ildə başlanıb. Ötən ilin sonunda kəmərin açılışı olub. Kəmər Rusiyanın Uzaq Şərq və Çinə qaz tədarükü üçün nəzərdə tutulub. Başa çatdığında qaz kəmərinin uzunluğu təxminən üç min kilometr olacaq.

BAKU.WS