SİZİN REKLAM BURADA!
055 213 76 73


Çində yüzlərlə insanın ölümünə səbəb olan koronavirusun panqolin adlı məməli heyvan növündən qaynaqlandığı iddia edilib.

BAKU.WS xəbər verir ki, nəsli tükənməkdə olan bu heyvanın əti qanunsuz olaraq satışa çıxarılıb.

Çin Milli Səhiyyə Agentliyi açıqlayıb ki, Uhan şəhərində başlayan koronavirus epidemiyası 638 nəfərin həyatına son quyub.

Bir çox ölkəyə yayılan virusun qarşısını almaq üçün vaksin hazırlıqları davam etdiyi bir vaxtda onun insana hansı heyvandan keçdiyi ortaya çıxıb. İlk günlər yarasa, ilan və meymunlar tərəfindən yayıldığı deyilən koronavirusun panqolin adlı məməli heyvan növündən əmələ gəldiyi ortaya atılıb.

Nəsli tükənməkdə olan bu heyvan növündən ötən il 100 mindən çox ovlanıb. Panqolin əsasən uzaq şərqdə görülən bir məməlidir.

Adətən gecə görünən bu heyvanlar gündüz qazdıqları çuxurlarda, ağac və qaya boşluqlarında gizlənir.

BAKU.WS
VİDEO