VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PKK terror təşkilatından qaçaraq təhlükəsizlik qüvvələrinə təslim olan qız övladları dağa qaçırılan valideynlərin Diyarbəkirdəki mərkəzinə baş çəkib.

BAKU.WS xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Türkiyənin Hakkari şəhərinin Şemdinli rayonunda 5 il əvvəl dağa qaçırılan və 9 ay əvvəl ailəsinin səyləri nəticəsində PKK-dan qaçan F.A. adlı qız terror təşkilatındakı insanların evlərinə qayıtmaq istədiklərini bildirib. 

"İndiki dövr dağda olanlar üçün heç də rahat dövr deyil. Çünki kənddəki müharibəyə heç kim müqavimət göstərə bilmir. Mən dəqiq deyə bilərəm ki, hamı geri qayıtmaq istəyir və PKK buna görə çox narahatdır.

Hazırda hamının anasının yanındayam və buradan silah qaldıran dağdakılara səslənirəm. Bu acını ananıza yaşatmayın, valideynləriniz buna layiq deyil. Hər kəsin acılı günləri kənara qoyub anası ilə birgə olmasını istəyirəm.

Hazırda valideynlərimlə necə xoşbəxtəmsə, dağdakıların da o cür olmasını istəyirəm", - deyə Hakkari sakini qeyd edib.

BAKU.WS
QALEREYA