SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Volqoqrad şəhərində ötən ilin sonu baş vermiş və Azərbaycan vətəndaşının iştirak etdiyi hadisə ilə əlaqədar istintaq başladılıb.

BAKU.WS "v1.ru" portalına istinadən xəbər verir ki, buna səbəb 22 yaşlı azərbaycanlının tibb mərkəzinin həkimi və tibb bacısına xəsarət yetirməsidir.

2019-cu ilin 30 dekabrında baş verən olay zamanı hamilə qadın xəstəxanaya müraciət edib. Həkim qadına xəstəxananı tərk etməməyi və nəzarətdə qalmağı təklif edib.

Bundan sonra tərəflər arasında narazılıq yaranıb və qadın münasibətdə olduğu 22 yaşlı azərbaycanlını xəstəxanaya çağırıb.

Xəstəxanaya gələn gənc isə həkim və tibb bacısına xəsarət yetirib.

BAKU.WS
VİDEO