SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə yenidən zəlzələ baş verib.

BAKU.WS “haberler”ə istinadən xəbər verir ki, bu barədə Avropa Akdeniz Seysmoloji Mərkəzi məlumat yayıb.

Verilən məlumata görə, yeraltı təkanlar Manisa və Akhisarda baş verib.

Belə ki, 5 dəqiqə ərzində 5 dəfə silkələnmə qeydə alınıb. İlk zəlzələ yerli vaxtla saat 04:27-də dörd bal gücündə və yerin 7 kilometr dərinliyində qeydə alınıb.

Sonra 04:28-də 3,4 gücündə zəlzələ baş verib.

Bundan sonra isə 04:32-yə qədər üç ardıcıl zəlzələ olub.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Elazığda baş verən zəlzələ nəticəsində 41 nəfər ölüb, 2 mindən çox insan yaralanıb.

Bundan sonra Türkiyədə dayanmadan çoxsaylı zəlzələlər baş verir.

BAKU.WS
VİDEO