SİZİN REKLAM BURADA!
055 213 76 73


Pakistan hökuməti yeni növ koronavirusun yayılması səbəbilə Çinə qadağan edilən uçuşları bərpa edib.

BAKU.WS-in məlumatına görə, bu barədə Aviasiya Nazirinin müavini Əbdül Səttar Xoxar bildirib.

Qeyd edək ki, uçuşlar yanvarın 31-də Ümumdünya Səhiyyə Təşkilatının yeni koronavirusu beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan etdiyindən sonra dayandırılmışdı.

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb.

Yoluxma halları Çindən başqa Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

BAKU.WS