SİZİN REKLAM BURADA!
055 213 76 73


İstanbul polisi Rusiya mafiyasına qarşı xüsusi əməliyyat keçirib.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, onların azərbaycanlı “qanuni oğru” "Lotu Quli"ni (Nadir Səlifov) öldürmək məqsədi ilə şəhərə gəldikləri bildirilir.

Basqın zamanı biri Rusiya, 3-ü Ukrayna, 4-ü Gürcüstan, 8-i isə Azərbaycan vətəndaşı olmaqla, umumilikdə 16 nəfər şübhəli saxlanılıb.

Şübhəhilərin yaxalandığı yerlərdə aparılan axtarışlar nəticəsində 11 tapança, 1 AK 47 tipli lüləli silah, 222 ədəd mərmi götürülüb. Saxlanılanlar İstanbul Polis İdarəsinə aparılıb.

Qeyd edək ki, Nadir Səlifov 2018-ci ildə İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyinin əməkdaşları tərəfindən Bakırköydə saxlanılmışdı.

Rusiya tərəfindən axtarılan "Lotu Quli" Türkiyədən istənilsə də, bu, Azərbaycan və Türkiyə arasında qəbul edilmiş anlaşmaya əsasən mümkün olmamışdı.

Belə ki, günahkar bilinən iki ölkdə vətəndaşları üçüncü bir ölkəyə verilmir.

BAKU.WS