SİZİN REKLAM BURADA!
055 213 76 73


Çin hökuməti dünyanı dəhşətə gətirən ölümcül koronavirusla bağlı inanılmaz qərar verib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, hökumətin qərarına görə, dəhşətli virusa yoluxanlar küçəyə çıxdıqda güllələnirlər.

Karantinə alınan ərazidə müəyyən olunmuş bölgəni tərk edən virus daşıyıcıları odlu silahla vurulur. Bu iddiaların ardından sosial şəbəkələrdə həmin ərazidə çəkilən video görüntülər yayılıb. Videoda göründüyü kimi silahlı şəxslər ərazidə keşik çəkirlər.

İddialara görə, indiyə qədər silahlı şəxslər tərəfindən 22 nəfər güllələnib.

Xatırladaq ki, alimlər koronavirus “nCoV”-la 2019-cu ilin sonunda tanış olublar.

Dünya Səhiyyə Təşkilatı da “nCoV”-la bağlı həyəcan təbili çalıb.

Bildirilir ki, koronavirusların 37-dən artıq növü var. Lakin yayılan “nCoV” həkimlərin ən çox qorxduğu virus ailəsindəndir.

Amerikalı alimlər isə Çində yaranan təhlükəli virusun məhv edilməsi üçün yeni vaksinlərin yaradılması istiqamətində çalışırlar.

BAKU.WS
VİDEO