VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın Baş Naziri Boris Conson Dauninq-stritdəki iqamətgahında Nazirlər Kabinetinin üzvləri və digər yüksəkvəzifəli məmurlar üçün Breksit şərəfinə ziyafət təşkil edəcək.

BAKU.WS xəbər verir ki, The Guardian qəzetinin yaydığı məlumata görə, axşama sabiq Baş nazir Tereza Meyin dəvət edilib-edilməyəcəyi məlum deyil. Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına bir saat qalmış Consonun Britaniya təbəələrinə müraciətlə çıxış etməsi gözlənilir.

Brüsseldə isə əksinə, Breksit münasibətilə heç bir tədbir gözlənilmir. Avropalı məmurlar Böyük Britaniyanın Aİ-dən çıxması qərarından təəssüfləndiklərini müxtəlif səviyyələrdə dəfələrlə dilə gətiriblər.

Britaniya Aİ-nin tərkibindən rəsmi şəkildə yanvarın 31-də London vaxtı ilə saat 23:00-da (Bakı vaxtı ilə fevralın 1-i saat 3:00) çıxacaq.

BAKU.WS