SİZİN REKLAM BURADA!
055 213 76 73


Tacikistanda dünyanın ən yaşlı qadını hesab edilən Fatimə Mirzəqulova 128 yaşında vəfat edib.

BAKU.WS-in məlumatına görə, “Report” bu barədə xarici KİV-ə istinadla xəbər verir. Bildirilir ki, 1893-cü ilin 13 mart tarixində hazırkı Xətlan əyalətinin Yavan dairəsinin Dahan kəndində doğulan F.Mirzəqulova kolxozda pambıqçı işləyib, təqaüdə çıxandan sonra da tarlada işləməkdə davam edib.

8 övlad anası olan Fatimə xanımın 200 nəvəsi, nəticəsi və kötücəsi var. O, şənbə günü ölkənin şimalındakı Soğd əyalətinin Dakhana şəhərinin qəbiristanlığında dəfn edilib.

Rəsmi statistik məlumata görə, Tacikistanda yaşı 100-ü ötmüş 78 nəfər yaşayır ki, bunların 50-si xanımlardır.

BAKU.WS