SİZİN REKLAM BURADA!
055 213 76 73


"Facebook" sosial şəbəkəsi istifadəçilər üçün şəxsi məlumatlarını profildən çıxarmağa imkan verən vasitə təqdim edəcək.

BAKU.WS xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat yayılıb.

Bu vasitə Facebook profilinin avtorizasiyası zamanı üçüncü tərəf olan saytlar və servislərdən məlumatları gizlətməyə imkan verəcək.

"Facebook"un yenilənmiş xəbər lentində məxfilik parametrləri barədə xəbərdarlıq bildirişləri görünməyə başlayacaq.

Bu vasitə istifadəçilərə imkan verəcək ki, onlar profilindəki məlumatların kimlər tərəfindən izlənilə bilməsini əvvəlcədən bilsin.

Bir neçə həftə ərzində "Facebook" 2 milyard insanı bu yenilikdən istifadə etməyə dəvət edəcək.

BAKU.WS