SİZİN REKLAM BURADA!
055 213 76 73


Almaniya kansleri Angela Merkel dünən gecə saatlarında Türkiyəyə işgüzar səfər edib.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Merkelin təyyarəsi Türkiyə vaxtı ilə 23:15-də Atatürk Hava Limanına enib.

Merkel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə səfər edib.

İki liderin görüşdə ikitərəfli münasibətlər, Liviya və Suriya, həmçinin regiondakı son proseslər haqqında müzakirə aparacağı gözlənilir.

Bundan başqa, Almaniyanın iyuldan etibarən başlayacaq Avropa İttifaqına müvəqqəti sədrlik dövründə Türkiyə-Aİ münasibətləri, Türkiyənin İttifaqa üzvlük məsələsi, Gömrük İttifaqının yenilənməsi və viza sərbəstliyi məsələlərinin də müzakirə ediləcəyi bildirilir.

BAKU.WS
QALEREYA