SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin “HaberGlobal” telekanalında 20 Yanvar faciəsinin 30-cu ildönümü geniş işıqlandırılıb.

BAKU.WS "oxu.az"-a istinadən xəbər verir ki, telekanalın “Facebook” səhifəsində faciənin ildönümü ilə bağlı yanvarın 20-də üç geniş material yayımlanıb.

Səhər saat 10:30-da yayımlanan “Azərbaycanda 20 Yanvar faciəsi xatırlanır. Sovet tanklarının Bakı qətliamına mülki şəxslərin daxil olduğu 20 Yanvar faciəsinin ağrısı 30 il keçməsinə baxmayaraq, sağalmayıb” başlıqlı paylaşıma 662 mindən çox baxış olub. Videoda 20 Yanvar faciəsinin tarixindən, Azərbaycan xalqının qəhrəmanlığından bəhs edilib.

“20 Yanvar Bakı qətliamının 30-cu ili” başlıqlı ikinci paylaşımda Azərbaycan Prezidenti İlham Əliyevin və digər rəsmi şəxslərin Şəhidlər Xiyabanını ziyarət etməsi əks olunub. Video 660 minə yaxın baxış toplayıb.

Üçüncü paylaşım isə “20 Yanvar şəhidləri üçün bir dəqiqəlik sükut” başlığı ilə yayımlanıb. 702 mindən çox baxış toplayan videoda 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi əks olunub.

BAKU.WS
VİDEO